Ukrayna Prezidenti Oleksandr Sırskini vəzifəsindən azad edib

Baş səhifə

Bakı. Trend:

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski
vəzifəsindən azad edilib. Müvafiq qərarı Prezident Volodimir
Zelenski qəbul edib.

Bu barədə Ukrayna Prezidenti “Telegram” kanalında paylaşım
edib.

O, çərşənbə axşamı axşam sosial şəbəkədə paylaşdığı
videomüraciətdə Silahlı Qüvvələrin baş komandanı Oleksandr
Sırskinin vəzifəsindən azad edildiyini açıqlayıb. Dövlət başçısı
bildirib ki, bu gün Oleksandr Sırski, Andrey Qnatov və onunla
birlikdə orduda xidmətin gələcək formatları və vəzifələrin düzgün
ötürülməsi məsələləri müzakirə olunub.

Prezident 2024-cü ilin fevralından bu vəzifədə çalışan Sırskiyə
xidmətlərinə görə təşəkkür edib.




“Oleksandr Sırski Kiyevin müdafiəsində, Xarkov əks-hücum
əməliyyatında və Kursk əməliyyatında Ukraynanın mühüm nəticələr
əldə etməsinə töhfə verib”, – deyə Volodimir Zelenski bildirib.

Oleksandr Sırskinin yerinə Ukrayna Silahlı Qüvvələrinin
Birləşmiş Qüvvələrinin Komandanı Mixaylo Drapatyi təyin olunub.

Bundan əvvəl Kiyev və ölkənin digər şəhərlərində bir neçə gün
davam edən genişmiqyaslı etiraz aksiyalarında Oleksandr Sırskinin
istefası tələb olunurdu. Sırski insan itkilərinə kifayət qədər
diqqət yetirməməkdə təqsirləndirilirdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir