Rusiyada Özbəkistan meyvə-tərəvəzinin idxalı qadağan edilib

Baş səhifə

Bakı.Trend:

Rusiyanın Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar
Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) iyulun 23-dən
etibarən Özbəkistandan karantin nəzarətinə aid məhsulların idxalına
müvəqqəti məhdudiyyətlər tətbiq edəcək. Qadağa fitosanitar
tələblərinin ən çox pozulmasına yol vermiş beş ixracatçının
məhsullarına şamil olunub.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.




Məhdudiyyət tətbiq olunan məhsulların əsas hissəsini ağ kələm və
gül kələmi, baş soğan, şüyüd, cəfəri, çuğundur, pomidor, eləcə də
üzüm kimi meyvə-tərəvəz və göyərti məhsulları təşkil edir.

“Rosselxoznadzor”dan bildirilib ki, qərar karantin obyektlərinin
aşkarlanması hallarının artması və ölkənin ərzaq təhlükəsizliyinin
təmin edilməsi zərurəti ilə əlaqədar qəbul olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir