Naxçıvanda 53 kiloqramdan çox metamfetamin aşkar edilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Naxçıvanda gömrük nəzarəti zamanı xüsusilə külli miqdarda
psixotrop maddə – metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən
çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə
Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, qurumda aparılan risk təhlilləri nəticəsində
Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri
kompleks gömrük nəzarəti tədbirləri zamanı əməliyyat uğurla həyata
keçirilib.




Məlumata görə, “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən
tranzit keçməklə “alkoqolsuz içkilər” yükü daşıyan nəqliyyat
vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin
tətbiqi ilə yoxlanılıb.

Yoxlama zamanı iki paletdə yerləşən 312 ədəd açıq mavi rəngli
plastik qabda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817,183
qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin
aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir