Universitet məzunlarınaa elektron diplomların verilməsinə başlanılıb

Baş səhifə

Bakı. Trend:

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə
başlanılıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin
məlumatına görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununun 27-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası
Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil pilləsinin
bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və
rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin
təsvirləri və onların verilməsi Qaydaları”na əsasən, təhsil
müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini
(doktorantura istisna olmaqla) başa vuran şəxslərə müvafiq təhsil
haqqında dövlət sənədi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”ndə (TMİS) elektron sənəd formasında yaradılaraq təqdim
edilir.

Qaydaların tələblərinə uyğun olaraq artıq Bakı Dövlət
Universitetinin məzunlarına elektron diplomların verilməsinə
başlanılıb.




Elektron diplomlar növbəti günlərdə “mygov” rəqəmsal hökumət
platformasında və Elm və Təhsil Nazirliyinin rəsmi edu.gov.az
internet səhifəsində məzunlar üçün əlçatan olacaq.

Hazırda digər ali təhsil müəssisələrində də elektron diplomların
verilməsi prosesi davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir