
Bakı.Trend:
Rumıniyanın mərkəzində yerləşən Braşov şəhərinin kənarındakı
Kronospan ağac emalı fabrikində iki güclü partlayış baş verib.
Bu barədə yerli “Bizbrasov” portalı məlumat yayıb.
Bildirilib ki, ilk partlayış Bakı vaxtı ilə təxminən saat
07:25-də baş verib və nəticədə müəssisədə yanğın başlayıb. Yanğının
söndürülməsi üçün hadisə yerinə xilasedicilər gəldikdən sonra Bakı
vaxtı ilə saat 09:30 radələrində ikinci partlayış baş verib.
Partlayış nəticəsində istehsalat korpuslarından birinin damı
tamamilə dağılıb.
Hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyir.
Onların bir hissəsi qonşu Kovasna rayonundan cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanlar, eləcə də partlayışların
başvermə səbəbi barədə hələlik məlumat verilməyib.

