Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci
müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Televiziya
və Radio Verilişləri QSC-də kadr dəyişiklikləri ilə bağlı
sərəncamlar imzalayıb.

22 iyul 2026-cı il tarixli sərəncama əsasən, Xaliq Yunis oğlu
Babayev “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio
Verilişləri” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən
azad edilib.




Digər sərəncamla isə Vüsal Hicran oğlu Muradov həmin cəmiyyətin
İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Bununla yanaşı, “Naxçıvan Muxtar Respublikası Televiziya və
Radio Verilişləri” QSC-nin İdarə Heyətinə yeni sədr təyin
olunanadək sədr vəzifəsinin icrası müvəqqəti olaraq Vüsal Hicran
oğlu Muradova həvalə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir