
Bakı.Trend:
ABŞ ordusu İrana qarşı 12-ci ardıcıl gecə hücumları dalğasını
yekunlaşdırıb.
Bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM)
bəyan edib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatına görə,
zərbələrdə İranın dəniz imkanları, raket və pilotsuz uçuş
aparatlarının saxlanıldığı obyektlər, sahil müşahidə məntəqələri və
hava hücumundan müdafiə vasitələri hədəfə alınıb.
“Bildirilib ki, bu ay ərzində Amerika qüvvələri qurudakı onlarla
İran hərbi obyektinə zərbələr endirib və eyni zamanda İrana qarşı
dəniz blokadasını bərpa edib. Bu günə olan vəziyyətə görə, CENTCOM
gəmilərin İran limanlarına daxil olmasının və ya oradan çıxmasının
qarşısını almaq məqsədilə doqquz kommersiya gəmisinin marşrutunu
dəyişdirib, bir gəmini isə fəaliyyətsiz vəziyyətə salıb.”

