Tovuzda 3 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Tovuzda 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Trend-in
məlumatına görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini
təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif
İsazadə saxlanılıb.

Onun əlindəki çantaya baxış zamanı 2 kiloqram marixuana, heroin
və metamfetamin aşkarlanıb.




Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri
nəticəsində isə rayon ərazisində narkokuryerlik etməkdə şübhəli
bilinən Əskər Hüseynov da saxlanılıb. Ondan çəkisi 1 kiloqram olan
marixuana və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir