ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər

Baş səhifə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyası Malidə fəaliyyət
göstərən “Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin” (CNİM) terror
qruplaşmasına qarşı hərbi əməliyyat keçirmək imkanını müzakirə
edir.

Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.




Nəşrin yazdığına görə, ABŞ hakimiyyəti belə bir əməliyyat həyata
keçirmək qərarı verərsə, Mali Trampın ikinci prezidentlik
müddətinin başlanmasından bəri zərbələr endirilməsi barədə göstəriş
verdiyi səkkizinci ölkə olacaq. Həmin siyahıya Yəmən, Somali,
Suriya, İran, İraq, Nigeriya və Venesuela daxildir.

Ağ Ev Trampın Maliyə zərbələr endirmək barədə göstəriş verməyi
planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala birbaşa cavab
verməyib. Bunun əvəzində bildirilib ki, ABŞ Şimali və Qərbi Afrika
ölkələrinin hakimiyyətlərini terrorçulara qarşı mübarizəni müstəqil
aparmaq üçün Amerika istehsalı olan hərbi texnika almağa
çağırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir