
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları ilə paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped sürücülərinin əks istiqamətdə hərəkət edərək qəza şəraiti yaratdıqları qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
“Bir daha diqqətə çatdırırıq ki, kiçik elektrik nəqliyyat vasitələri yalnız qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun, yolun sağ kənar zolağı ilə və yol nişanlarının tələblərinə əməl etməklə hərəkət etməlidir. Əks istiqamətdə və ya icazə verilməyən zolaqlarda hərəkət etmək yolverilməzdir.
Yol hərəkəti qaydalarına əməl etmək hər bir hərəkət iştirakçısının təhlükəsizliyi üçün vacibdir. Qaydaların pozulması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər”, – DİN Mətbuat xidmətinin çağöırışında bildirilib.

