Bakıda avtobusda skuter mübahisəsi: “Baku Bus”dan açıqlama (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Bakıda 211 nömrəli sərnişin avtobusunda qadın sərnişinlə sürücü
arasında mübahisə yaşanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qadının uşağına məxsus
skuteri avtobusla aparmaq istədiyi, sürücünün isə buna icazə
vermədiyi görünür.

“Baku Bus” MMC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ
araşdırılıb və hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq
skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar
düzgün tətbiq edilməyib.

Qeyd olunub ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj
daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus
marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək,
çəkisi 20 kiloqramdan çox olmayan bir ədəd əl yükünü və uşaq
arabasını ödənişsiz daşımaq hüququna malikdir.




Bildirilib ki, hadisə zamanı sürücü tərəfindən qaydaların
tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən,
xüsusilə də onun azyaşlı övladından üzr istənilib.

“Baku Bus” əlavə edib ki, hadisə ilə bağlı sürücü barəsində
müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların
təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə
əlavə təlimatlandırma aparılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir