
Bakı.Trend:
Yəmənin husi döyüşçüləri Qırmızı dənizdə üzən Səudiyyə
Ərəbistanına məxsus tankeri vurduqlarını elan ediblər.
“CNN” telekanalının məlumatına görə, NASA-nın peyk təsvirləri,
Səudiyyə bayrağı altında üzən tankerlərdən birinin göyərtəsində
güclü yanğının meydana gəldiyini göstərir. Səudiyyə Ərəbistanı
rəsmilərinin açıqlamasına görə, heyət üzvlərindən xəsarət alan
olmayıb.
Husilərin nümayəndələri Səudiyyə Ərəbistanına qarşı dəniz
blokadasını davam etdirəcəklərini bildiriblər. Onlar bir neçə gün
əvvəl elan etdikləri blokadanın Səudiyyə Ərəbistanının husilərə
qarşı həyata keçirdiyi “ədalətsiz və amansız mühasirəyə” cavab
olduğunu vurğulayıblar.

