
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin II rübündə qızıl
satışını dayandırıb.
Bu barədə ARDNF-nin məlumatında qeyd edilir.
Fondun qızıl ehtiyatları 178,1 ton təşkil edib.
Cari ilin iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın
xüsusi çəkisi 31,4% olub.
“2026-cı ilin birinci rübündə başlanan ABŞ-İran münaqişəsi
nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik
müşahidə olunmuş və müharibə bütün investisiya istiqamətlərinə
mənfi təsir göstərmişdir. İkinci rüb ərzində isə müxtəlif maliyyə
alətləri üzrə qiymətlər bərpa olunmuş, müsbət gəlirlilik əldə
edilmiş, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə
vermişdir.
Qızılın qiyməti birinci rübün əvvəlində kəskin artmış, buna ABŞ
dollarının zəifləməsi və investorların dövlət istiqrazları və
valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb
olmuşdur. Birinci rübün sonunda isə qiymətlər kəskin azalmış və
real faiz dərəcələrinin artımı fonunda bu eniş ikinci rüb ərzində
davam etmişdir”, – məlumatda qeyd edilib.

