Naxçıvan TV-nin sədr müavini işdən azad edildi

Baş səhifə

İlhamə Novruzova “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan TV-dən bildirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı 23 iyul 2026-cı il tarixli sərəncama əsasən Novruzova İlhamə Tofiq qızı “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsindən azad edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir