​​​​​​​Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub

Baş səhifə

Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub.

APA-nın cənub bürosunu verdiyi xəbərə görə, hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib. Rayon sakini olan 21 yaşlı gənc sərinləmək məqsədilə suvarma hovuzuna girib və suda batıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarışlar zamanı 21 yaşlı oğlanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir