Bakıda tələbə oğlanın meyiti tapıldı

Baş səhifə

Bakıda gənc oğlan müəmmalı şəraitdə vəfat edib.

Modern.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində baş verib.

Belə ki, iyulun 23-ü saat 02 radələrində 2007-ci il təvəllüdlü İbrahim Rəvan oğlu Hacızadənin meyiti yaşadığı “V” yaşayış sahəsindəki evdə yaxınları tərəfindən aşkar edilib.

İ.Hacızadənin paytaxtdakı universitetlərdən birinin 3-cü kurs tələbəsi olduğu bildirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir