
Bakı. Trend:
Sumqayıtda Nəsimi adına Mədəniyyət və İstirahət Parkında
yaşıllıqlarin kəsilməsi ilə bağlı sosial mediada görüntülər
yayılıb.
Məsələni aydınlaşdırmaq üçün Sumqayit İcra Hakimiyyətinə sorğu
ünvanladıq.
İcra Hakimiyyətindən Trend-in sorğusuna cavab olaraq bildirildi ki,
iddialar həqiqəti əks etdirmir:
“Qeyd olunan ərazidə ağac kəsilməyib”, – icra hakimiyyətinin
məlumatında bildirilib.
Qeyd edək ki, sosial mediada yayılan görüntülər Şəhidlər
Xiyabanı ilə Göyərçin abidəsi arasında yerləşən ərazidədir.
Sakinlər bu ərazidəki ağac və kollar kəsilib məhv edildiyini iddia
edirlər.

