ABŞ-də nadir avtomatik Lada satışa çıxarıldı

Baş səhifə

ABŞ-də 1985-ci il istehsalı nadir Lada Signet (VAZ-2105) satışa çıxarılıb.

Metbuat.az xəbər verir ki, avtomobil üçün 14 min dollar tələb olunur. Maşın zavod rəngini və orijinal sənədlərini qoruyub saxlayıb, yürüşü isə 55 min kilometrdir. Modelin əsas özəlliyi General Motors istehsalı 3 pilləli avtomatik sürət qutusu ilə təchiz edilməsidir.

Qeyd edək ki, Lada Signet 1982-ci ildən Kanada bazarında satılıb və yerli tələblərə uyğun şəkildə təkmilləşdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir