
Bakı. Trend:
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi
ərazisində 2026-cı il 23 iyul tarixində mina partlayışı hadisəsi
baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş
Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
Xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd
sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə
traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət
alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma
aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara
toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə
fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

