Konfrans Liqası: “Zirə” Estoniya klubuna uduzub

Baş səhifə

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Pyarnu şəhərində “Payde” (Estoniya) və “Zirə” komandaları arasında ilk oyun başa çatıb.

Modern.az xəbər verir ki, “Rannastadion”da keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 89-cu dəqiqədə Pa Abdu Çam vurub.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Sumqayıtda keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində “Santa Koloma” (Andorra) – “Rapid” (Vyana, Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir