
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən
çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat
daxil olub.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli
yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın
genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən
qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın şaxtası boyunca 51p.m. elektrik
kabelləri yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina
sakinləri təxliyə olunub. Xəsarət alan olmayıb.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

