
Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu
“Rakuv”da (Polşa) debüt oyununda qol hesabını açıb.
Hücumçu Konfrans Liqasının II təsnifat mərhələsində Maltanın
“Valletta” komandası ilə keçirilən ilk görüşdə fərqlənib. Matça
start heyətində başlayan forvard 53-cü dəqiqədə komandasının ilk
qoluna imza ataraq oyunda hesabı bərabərləşdirib. Emreli 82-ci
dəqiqədə əvəzlənərək meydanı tərk edib.
Görüş Çenstoxova təmsilçisinin 3:1 hesablı qələbəsi ilə
yekunlaşıb.
Cavab qarşılaşması iyulun 30-da keçiriləcək.

