
Bakı.Trend:
İran ABŞ-nin Bəhreyn və İordaniyadakı hərbi obyektlərini hədəf
alan yeni pilotsuz uçuş aparatları (PUA) hücumları həyata
keçirdiyini açıqlayıb.
İranın “Mehr” xəbər agentliyinin yaydığı məlumatda bildirilib
ki, İran ordusu Bəhreyndə yerləşən Şeyx İsa Hərbi Hava Bazasında
yanacaq anbarlarını, avadanlıq anbarlarını və hərbçilərin yaşayış
yerlərini PUA-larla hədəfə alıb.
Həmçinin qeyd olunur ki, İordaniyada yerləşən Muvaffaq Salti
(Əl-Əzraq) Hərbi Hava Bazasında təyyarə anqarları, texniki xidmət
obyektləri və yaşayış sahələri də zərbələrə məruz qalıb.
Xatırladaq ki, husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı
dəniz blokadası elan edərək krallığı uzun illər Yəmənin milli
sərvətlərini, xüsusilə də neft ehtiyatlarını talamaqda ittiham
ediblər. Buna cavab olaraq, Ər-Riyadın rəhbərlik etdiyi ərəb
koalisiyası iyulun 21-də ticarət gəmilərinin mühafizəsinin
gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə
başladığını açıqlayıb.

