Xəzərdə batan 3 nəfərin axtarışları davam edir – VİDEO

Baş səhifə

İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının, iyulun 15-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun və iyulun 16-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2003-cü il təvəllüdlü Əmirov Rəhman Məzahim oğlunun axtarışları davam etdirilir.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda axtarışlar FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir