Kanadada meşə yanğınları – 11 min hektar ərazi yanıb

Baş səhifə

Bakı.Trend:

Kanadanın Britaniya Kolumbiyası əyalətində meşə yanğınları 20-ə
yaxın yaşayış evi və digər tikilini məhv edib.

Bu barədə “CBC” telekanalı məlumat yayıb.

Meşə yanğını bölgənin şimal-qərbində – Klinton şəhərinin
ətrafında tüğyan edir. Yanğının ümumi sahəsi 11 min hektar ərazini
əhatə edir. Küləyin təsiri altında yanğın sürətlə yayılır . Başqa
yaşayış evlərinin də yanma təhlükəsi yaranıb.




Yanğın zonasının yaxınlığında yerləşən evlərdən sakinlər təxliyə
ediliblər.

Can itkisi və yaralılar barədə məlumat daxil olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir