
Bakı.Trend:
Amerika Birləşmiş Ştatları HƏMAS radikal hərəkatı və beynəlxalq
islamçı “Müsəlman qardaşları” hərəkatı ilə əlaqəli bir sıra fiziki
və hüquqi şəxsləri sanksiyalar siyahısına daxil edib.
Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd
olunub.
“ABŞ HƏMAS və “Müsəlman qardaşları”nı maliyyələşdirən bütün
maliyyə infrastrukturunu aradan qaldırmağa çalışır”, – deyə
bəyanatda bildirilir.
Sanksiyalar Böyük Britaniyada yaşayan “Müsəlman qardaşları”nın
Misir qanadının rəhbərliyinin nümayəndələrindən birinə, eləcə də
digər ölkələrdə yerləşən daha üç fiziki və üç hüquqi şəxsə şamil
edilib.
ABŞ bundan əvvəl, yanvar ayında “Müsəlman qardaşları”nın Livan,
Misir və İordaniyadakı bölmələrini terror təşkilatı kimi
tanımışdı.

