
Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevi doğum günü münasibətilə təbrik edərək onun dövlət
başçısı kimi fəaliyyətinin ölkənin uğurlu inkişafı ilə yadda
qaldığını bildirib.
Bu barədə Rusiya KİV məlumat yayıb.
“Prezident vəzifəsində fəaliyyətiniz Özbəkistanın uğurlu
sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artması ilə
əlamətdardır”, – deyə Putin təbrik məktubunda qeyd edib.

