Rumıniya hava məkanını pozan PUA-nı vurub

Baş səhifə

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

APA xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan “X” sosial şəbəkəsində bildirib.

Prezidentin sözlərinə görə, hadisə bu gün yerli vaxtla saat 11:00 radələrində baş verib. Rumıniyalı pilot idarə etdiyi F-16 qırıcısından istifadə edərək ölkənin hava məkanına daxil olmuş PUA-nı vurub.

Nikuşor Dan qeyd edib ki, hadisə yaşayış olmayan ərazidə baş verdiyi üçün atəş açılması zamanı heç bir risk yaranmayıb.

Hazırda aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerində araşdırma aparır və insidentin bütün təfərrüatlarını müəyyənləşdirirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir