Şuşada 21 tarixi-memarlıq abidəsinin pasportlaşdırılmasına başlanılır

Baş səhifə

Bakı. Trend:

Şuşa şəhərində yerləşən 21 tarixi-memarlıq abidəsinin
pasportlaşdırılması işlərinə başlanılır.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən
məlumata əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bununla bağlı
müvafiq satınalma proseduruna start verib.

Məlumata görə, layihə çərçivəsində şəhərdə yerləşən 21 tarixi və
mədəni irs nümunəsi üzrə pasportlaşdırma xidmətinin satın alınması
nəzərdə tutulur.




Pasportlaşdırılacaq abidələr sırasına Aşağı Gövhər Ağa məscidi,
Saatlı məscidi, Mamayı məscidi, Çöl Qala məscidi, Aşağı məscid
mədrəsəsi, Molla Pənah Vaqifin türbəsi, Üzeyir Hacıbəyovun
ev-muzeyi, Bülbülün evi, Sadıqcanın evi, Bülbülcanın evi, Hacı
Məmmədin yaşayış evi, Şirin su hamamı, Xalça Muzeyi kimi istifadə
olunan yaşayış evi, Təzə məhəllə bulağı, Mamayı məscidi bulağı, Çöl
Qala məscidi bulağı, İsa bulağı, həmçinin “Yasəmən” otel
kompleksinə daxil olan Məşədi Şəhriyarın evi, Məşədi Əlinin evi və
yaşayış evi daxildir.

Satınalma sənədlərinə əsasən, pasportlaşdırma işlərinin ümumi
dəyərinin 146 min 587 manat olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, tarixi-mədəni irs abidələrinin pasportlaşdırılması
onların memarlıq xüsusiyyətləri, tarixi əhəmiyyəti, texniki
vəziyyəti və mühafizə statusu barədə məlumatların
sistemləşdirilməsi, eləcə də gələcək bərpa və konservasiya
işlərinin elmi əsaslarla həyata keçirilməsi baxımından mühüm
əhəmiyyət daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir