Bu ilin ilk yarısında mina partlayışları nəticəsində 2 nəfər ölüb

Baş səhifə

Bakı.Trend:

Ermənistanın mina terroru nəticəsində 2026-cı ilin ilk altı
ayında mina və partlamamış hərbi sursat partlayışları zamanı 2
nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.

Bu barədə Baş Prokurorluqda keçirilən 2026-cı ilin birinci
yarısının yekunlarına həsr olunmuş Geniş Kollegiya iclasında
məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin noyabr ayından indiyədək mina
terrorunun ümumilikdə 430 qurbanı qeydə alınıb. Onlardan 73 nəfər
həyatını itirib, 357 nəfər isə yaralanıb.




Kollegiyada həmçinin qeyd olunub ki, hesabat dövründə Baş
Prokurorluğun “961 Çağrı Mərkəzi”nə daxil olan müraciətlərdən 13
305-i üzrə vətəndaşlara hüquqi izah verilib, 2 576 məlumat isə
cinayət xarakterli olduğundan araşdırılması üçün aidiyyəti
qurumlara göndərilib.

İclasda bildirilib ki, hesabat dövründə xarici ölkələrdən 33
təqsirləndirilən şəxsin ekstradisiyası təmin olunub, beynəlxalq
axtarışda olan 13 nəfər isə məhkəmə qərarları əsasında aidiyyəti
ölkələrə təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir