Ermənistanda “Ararat” konyak zavodunun direktoru saxlanılıb

Baş səhifə

Ermənistanda “Ararat” Konyak-Şərab-Araq Zavodunun direktoru Arman Davtyan saxlanılıb.

APA xəbər verir ki, zavod hazırda həbsdə olan iş adamı, Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyana məxsusdur.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, Arman Davtyan külli miqdarda vergidən yayınma ittihamı üzrə saxlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir