Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Ukraynanın Çerniqov şəhərində hərbçiləri blokpostda partlatmağa
cəhd etməkdə şübhəli bilinən qız saxlanılıb. O, əsgərlərə
“McDonald’s” yeməyi adı altında, burgerin içərisində gizlədilmiş
əldəqayırma partlayıcı qurğu verib.

Bu barədə “RBK-Ukrayna” Çerniqov vilayəti polisinin məlumatına
istinadən xəbər yayıb.

Hərbçilər təhlükəsizlik qaydalarına uyğun hərəkət edərək
paketləri dərhal blokpostdan və insanlardan uzaq məsafəyə
aparıblar. Məhz bu addım onların həyatını xilas edib. Çünki
paketlərdən birindəki burgerin içərisində əldəqayırma partlayıcı
qurğu aşkar edilib.




Şübhəli şəxs Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti
(SBU) və prokurorluq əməkdaşlarının birgə əməliyyatı nəticəsində
saxlanılıb.

Polisdən bildirilib ki, hazırda istintaq çərçivəsində zəruri
prosessual tədbirlər davam etdirilir və saxlanılan şəxsə rəsmi
ittihamın elan olunması məsələsinə baxılır. Hüquq-mühafizə
orqanları iş üzrə əlavə təfərrüatların daha sonra açıqlanacağını
bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir