
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin
Netanyahunun gələn həftə Vaşinqtona səfər edəcəyini
təsdiqləyib.
Donald Tramp bu barədə Ağ Ev Müxbirləri Assosiasiyasının
qəbulunda çıxışı zamanı bildirib.
“Netanyahu gələn həftə Vaşinqtona gələcək”, – deyə ABŞ
Prezidenti vurğulayıb.
İsrail Baş nazirinin Ofisi daha əvvəl Netanyahunun iyulun 27-də
ABŞ-yə səfər edəcəyini açıqlamışdı. Məlumata görə, iyulun 28-də
onun Ağ Evdə Donald Trampla görüşü planlaşdırılır.

