
Bakı. Trend:
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya,
Bolqarıstan) – “Qarabağ” cavab oyunu üçün biletlər bu gün saat
17:00-dan etibarən satışa çıxarılacaq.
Bu barədə Ağdam klubunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, biletləri iTicket.az vasitəsilə onlayn şəkildə
almaq mümkün olacaq. Bir biletin qiyməti 28 AZN təşkil edir.
Sofiyadakı “Vasil Levski” arenasında “Qarabağ” azarkeşləri üçün
800 yer ayrılıb.
Qeyd edək ki, oyun iyulun 30-da Sofiyada baş tutacaq və Bakı
vaxtı ilə saat 22:00-da başlayacaq.

