
Ağdam. Trend:
Ağdam rayonunda növbəti yanğın hadisəsi baş verib.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, növbəti yanğın rayonun Papravənd
kəndi ərazisində minalanmış açıq ərazidə baş verib.
Yanğın 20 hektara yaxın ərazini əhatə edir.
Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2
avtomobili və Ağdərə rayonun 1 avtomobili şəxsi heyəti cəlb
olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir

