Ağ Ev Tramp-Zelenski görüşünün tarixini təsdiqləyib

Baş səhifə

Bakı.Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald
Tramp iyulun 28-də Vaşinqtonda görüşəcəklər.

Bunu “Reuters”ə Ağ Evin nümayəndəsi təsdiqləyib.




“RBK-Ukrayna”nın məlumatına görə, Zelenski ABŞ-a səfərdə
maraqlıdır, lakin onun komandası Trampın qrafikinin Ağ Ev
tərəfindən rəsmi təsdiqlənməsini gözləyir.

Agentliyin mənbəsinin sözlərinə görə, ukraynalı və amerikalı
rəsmilər yeni sülh təşəbbüsləri çərçivəsində Rusiya tərəfinə təqdim
edilməsi planlaşdırılan, havada hərbi əməliyyatların
dayandırılmasını nəzərdə tutan təkliflə bağlı müzakirələr
aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir