
Bakı.Trend:
Demokratik Konqo Respublikasında (DRK) Ebola virusundan
təsdiqlənmiş ölüm hallarının sayı 1 309-a çatıb.
Bu barədə ölkənin Rabitə və Media Məsələləri Nazirliyi məlumat
yayıb.
Ebola virusuna yoluxanların sayı 2 973 nəfər təşkil edir. Ölüm
göstəricisi 44,0 faizdir.
Hazırda xəstəxana və təcridxanalarda Ebola virusuna
yoluxduğundan şübhələnilən 766 nəfər var. Ebola virusuna yoluxmuş
şəxslərlə təmasda olanların izlənilməsi göstəricisi 73,9 faiz
təşkil edir.

