Fransa və İspaniyada yanğınlar səbəbindən 220 mindən çox insan təxliyə edilib

Baş səhifə

Bakı. Trend:

Fransanın cənub-qərbində təxminən 200 min nəfərə yaxın insan
yaşadığı evləri tərk edib. Yanğın 19 min hektardan çox meşə
sahəsini əhatə edib, 80-ə yaxın evi məhv edib və Bordo
istiqamətində irəliləyir.

“Le Monde” nəşrinin məlumatına görə, böyük yanğın artıq Bordo
şəhərindən 30 kilometr məsafədədir. Ölkə üzrə təbii fəlakətlə
mübarizəyə 1500 hərbçi cəlb olunub, həmçinin Avropa İttifaqı
Fransaya yardım göstərir.

Fransanın daxili işlər naziri Loran Nünyez bildirib ki, hökumət
Bordonun təxliyəsi də daxil olmaqla bütün ssenarilər üzərində
işləyir, lakin eyni zamanda “bu ssenarinin baş verməməsi üçün
əlimizdən gələni edirik”.




İspaniyada isə təxminən 25 min nəfər təxliyə olunub, daha 40
minə yaxın sakinə qapalı məkanları tərk etməmək göstərişi verilib.
Madridin qərbində baş verən üç yanğın birləşərək xilasedicilərin
hələlik məhdudlaşdıra bilmədiyi iri yanğına çevrilib.

İspaniya hökuməti ölkə səviyyəsində fövqəladə vəziyyət elan
edib. Madrid muxtar bölgəsinin hakimiyyəti bu yanğını regionun
tarixində ən dəhşətli yanğın adlandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir