Ukrayna Xəzərdə İran gəmisini vurdu – Ölən və yaralananlar var

Baş səhifə

Ukrayna Xəzər dənizində İran bayrağı altında üzən ticarət gəmisinə hücum edib.

Modern.az xəbər verir ki, hadisə nəticəsində gəmi heyətinin bir üzvü həyatını itirib, daha iki nəfər isə yaralanıb.

İran Xarici İşlər Nazirliyi insidentlə bağlı bəyanat yayaraq, ölkənin cavab vermək və qisas almaq hüququnu özündə saxladığını bildirib.

Tehran baş verənləri qətiyyətlə pisləyib və hücumu mülki ticarət gəmisinə qarşı həyata keçirilmiş əməl kimi qiymətləndirib.

Nazirlik, həmçinin mümkün cavab addımlarının hazırda müzakirə mərhələsində olduğunu vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir