Mourinyo Vinisiusun “Real”dan ayrılmasına qarşı çıxıb

Baş səhifə

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo yay transfer
pəncərəsində braziliyalı cinah oyunçusu Vinisius Juniorun klubdan
ayrılma ehtimalına qarşı çıxıb.

Bu barədə “The Telegraph” qəzetinə istinadən məlumat verir.

Portuqaliyalı menecer “Los Blancos” rəhbərliyinə braziliyalı
oyunçunu saxlamaq istədiyini bildirib. Daha əvvəl “Arsenal”ın
Vinisiusla maraqlandığı bildirilirdi. Braziliyalı oyunçunun Madrid
klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.




Hücumçu 2018-ci ilin yayından “Los Blancos”da çıxış edir. Ötən
mövsüm Vinisius bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 22 qol
vurub və 14 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı
məlumata görə, onun bazar dəyəri 140 milyon avrodur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir