Elbrus dağında beş alpinist öldü

Baş səhifə

Elbrus dağına çıxan yeddi alpinistdən beşi ölüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hamısı Bosniya və Herseqovina vətəndaşı olan qrupdan yalnız iki alpinist sağ qalıb.

Belə ki, alpinistlərdən biri dağdan enərək kömək çağırıb, ikincisinə mütəxəssislər tərəfindən yardım edilib. Hər ikisi hazırda xəstəxanadadır. Elbrus dağına dırmanan əcnəbi alpinistər bələdçi olmadan müstəqil şəkildə hərəkət ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir