Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv
Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya
təbrik məktubu ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib.

Məktubda qeyd olunub:

“Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı
adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf
dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi
bizi sevindirir. İki ölkə arasında birbaşa uçuşların həyata
keçirilməsi, habelə bu yaxınlarda ümumvətəndaş pasportlarına malik
vətəndaşların vizadan qarşılıqlı azad edilməsi insanlararası
təmasların, xüsusilə də turizmin inkişafına mühüm təkan
vermişdir.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20
illiyini qeyd edən ölkələrimiz arasında dostluq münasibətlərinin
möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni məzmunla
zənginləşməsi istiqamətində bundan sonra da birgə səylər
göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah
arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir