“Yuventus” PSJ-nin qapıçısı ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

“Yuventus” PSJ-nin qapıçısı Lukas Şevalye ilə maraqlanır.

Turin klubu fransız üçün qarşı tərəfə ilkin müraciətini edib.
Ötən yay “Lill”dən 50 milyon avroya transfer olunan qapıçı Fransa
paytaxtında debüt mövsümünü keçirsə də, mövsüm ərzində əsas
heyətdəki yerini rusiyalı həmkarı Matvey Safonova uduzub.




Şevalye özü də PSJ-ni tərk etməyə müsbət yanaşır. “Qoca sinyora”
onu öncə icarəyə götürmək istəyir. Onun Fransa nəhəngi ilə müqavilə
müddəti 2030-cu il iyunun 30-na qədərdir. 24 yaşlı qolkiper “Lill”
və PSJ-dən savayı “Valensiyen”nin də qapısını qoruyub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir