
Bakı. Trend:
Azərbaycan avarçəkənləri İtaliyanın Vareze şəhərində akademik
avarçəkmə üzrə Avropa çempionatında mübarizə aparacaq.
Bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından
bildirilib.
Qitənin ən güclülərinin müəyyənləşəcəyi yarışda Azərbaycanı iki
idmançı təmsil edəcək. Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül
çəkidə ikinəfərlik akademik avarçəkmə qayığında mükafatçılar
sırasına düşməyə çalışacaqlar.
Qeyd edək ki, iyulun 31-dən avqustun 2-nə qədər təşkil olunacaq
turnirdə komandaya federasiyanın icraçı vitse-prezidenti Fərhad
Əliyev rəhbərlik edəcək.

