İrlandiyada türk məscidinə HÜCUM

Baş səhifə

İrlandiyanın paytaxtı Dublində türklərin istifadə etdiyi Sultan Məcid Təhsil Mərkəzi və Məscidi hücuma məruz qalıb.

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Sultan Məcid Təhsil Mərkəzi və Məscidinə cümə namazı zamanı girməyə çalışan ifrat sağçı bir şəxs, mühafizəçiyə yumruq vurub”, – məlumatda bildirilib.

Hücum edənlərin hadisə anını mobil telefonla lentə aldıqları və görüntüləri daha sonra sosial mediada paylaşdıqları bildirilib.

Məscidin mühafizəçiləri və ətrafdakıların müdaxiləsi ilə hadisənin böyüməsinin qarşısı alınıb, hücum edənlər barəsində şikayət ərizəsi verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir