Braziliya Argentinadakı səfirini geri çağırıb

Baş səhifə

Bakı. Trend:

Braziliyanın Xarici İşlər Nazirliyi Argentina Prezidenti Xavyer
Mileyin ölkə prezidenti Luiz İnasiu Lula da Silvanın ünvanına
səsləndirdiyi təhqiramiz ifadələrdən sonra Argentinadakı səfiri
Juliu Bitellini məsləhətləşmələr üçün geri çağırıb. Juliu
Bitellinin Buenos-Ayresə nə vaxt qayıdacağı hələlik
açıqlanmayıb.

Bu barədə CNN Brasil telekanalı ölkənin Xarici İşlər
Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, səfir yaxın vaxtlarda Braziliyanın paytaxtına
gələcək və onun xarici işlər naziri Mauro Vieyra ilə görüşü artıq
planlaşdırılıb. Bitellinin Buenos-Ayresə mümkün qayıdış tarixi isə
hələ açıqlanmayıb.




İyulun 25-də Xavyer Miley San-Pauluda Liberal Partiyanın (PL)
qurultayında çıxış edib. Qurultayda senator Flavio Bolsonaru
oktyabr ayında keçiriləcək prezident seçkilərində partiyanın rəsmi
namizədi elan olunub.

Argentina prezidenti çıxışı zamanı təkcə Luiz İnasiu Lula da
Silvanı deyil, həm də Braziliya Ali Federal Məhkəməsinin (STF)
hakimi Aleşandri di Moraisi təhqir edib.

CNN Brasil qeyd edir ki, Mileyin sərt bəyanatlarının səbəbi
məhkəmənin ona ev dustaqlığında olan sabiq prezident Jair Bolsonaru
ziyarət etməyə icazə verməməsi ola bilər. Bolsonaro Mileyin siyasi
müttəfiqlərindən biri hesab olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir