Bakıda güclü toz dumanı var

Baş səhifə

Bakının Qaradağ rayonunda güclü toz dumanı müşahidə olunur.

Modern.az xəbər verir ki, Qaradağ rayonu ərazisində, əsasən Qobustan qəsəbəsindən Bakı istiqamətində güclü tozlu külək müşahidə edilir.

Toz dumanı səbəbindən avtomobil yollarında görünüş məsafəsi əhəmiyyətli dərəcədə azalıb ki, bu da sürücülər üçün təhlükə yaradır.

Sürücülərə sürət həddinə riayət etmələri, ara məsafəsini qorumaları və zərurət yarandıqda yaxın işıqları yandıraraq ehtiyatlı hərəkət etmələri tövsiyə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir