İcmal büdcədə 4,6 milyard manat profisit yaranıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk altı ayında icmal büdcənin gəlirləri 24 milyard
413,9 milyon manat, xərcləri isə 19 milyard 824,3 milyon manat icra
olunub.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

İcmal büdcədə 4 milyard 589,6 milyon manat büdcə artıqlığı
(profisit) yaranıb.




İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə
Fondunun büdcəsinin gəlirləri 4 milyard 295,4 milyon manat,
xərcləri 4 milyard 123,7 milyon manat, İşsizlikdən Sığorta Fondunun
büdcəsinin gəlirləri 125,2 milyon manat, xərcləri 78,1 milyon
manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1012,3
milyon manat, xərcləri 1153,8 milyon manat, Azərbaycan Respublikası
Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 540,2 milyon
manat, xərcləri 6 milyard 434,3 milyon manat məbləğində icra
olunub.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin
gəlirləri 218,4 milyon manat, xərcləri 215,7 milyon manat təşkil
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir