Son iki gündə 76 cinayətin üstü açılıb, 57 şübhəli saxlanılıb

Baş səhifə

Bakı. Trend:

İyulun 25-i və 26-da ölkə ərazisində qeydə alınan 76 cinayətin
açılması polis əməkdaşları tərəfindən təmin edilib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olan
ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışa
verilmiş 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt
müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 57 nəfər
saxlanılıb.




Son iki gündə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə
üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə
itkin düşmüş kimi axtarışı aparılan 18 nəfər tapılaraq aidiyyəti
üzrə təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
iyulun 25-də və 26-da ümumi çəkisi 19,1 kiloqramdan artıq narkotik
vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir