ABŞ-nin İranla müharibədəki hərbi itkiləri açıqlandı

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri 600-dən
çox hərbçisi yaralanıb.

Bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Pentaqon ABŞ və İran arasında atəşkəs
rejiminin pozulmasından sonra iyulun 7-dən etibarən yenidən
başlayan döyüş əməliyyatları ilə bağlı həlak olan və yaralanan
hərbçilərə dair statistikanı dərc etməyə başlayıb.




“Rəsmi məlumata görə, həmin tarixdən bu günədək yaralanan
hərbçilərin sayı 207 nəfər təşkil edir. Fevralın 28-də müharibə
başlayandan bəri isə ümumilikdə 624 hərbçi yaralanıb. Həlak
olanların ümumi sayı 18 nəfərdir”, – deyə materialda
bildirilir.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir